Odunçunun işi, peşəsi, odun doğrayıb satma işi. □ ...axırda əlacım kəsildi, başladım odunçuluğa. (Ə.Haqverdiyev).
Odun saxlanılan yer, odun anbarı.
Zoologiya. Ağacların, kolların qabıq və oduncağını yeyən böcək və onun sürfəsi.
1. Odun qırmaq üçün işlədilən, odun doğramağa məxsus. □ Odunqıran baltanı. 2. İsim kimi: meşədən odun doğrayıb satmaqla məşğul olan adam.
Bax: odunlaşmaq.
1. Bərkiyib ağaca dönmək; oduncaqlaşmaq (bitkilərin zoğları haqqında). 2. Məcazi mənada: keyləşmək, hissizləşmək, oduna dönmək.
1. Odun üçün yarayan, odun kimi kəsmək üçün ayrılmış. □ Odunluq ağac. Quru ağacı odunluğa kəsərlər. (Atalar sözü). 2. Odun saxlanılan yer, odun anbarı. □ Doğranmış odunu odunluğa yığmaq.
Bax: od-alov.
Bax: uf.
Restoranda, aşxanada xörək paylayan.
Çap üsulu bu üsulda çap qəlibi üzərindəki rəng (şəkil) rezin lövhəyə, oradan da kağız üzərinə köçürülür.
Göz xəstəlikləri və onların müalicəsi üsullarından bəhs edən elm.
Körpə, südəmər keçi balası; çəpiş. □ Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. (A.Şaiq).
Həmçinin bax:
1. Kişi cinsdən olan uşaq. □ Uşaqlarından biri oğlandır, ikisi qız. 2. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş gənc.
“Oğlan” sözünün nəvaziş mənası. □ Oğlancığaz bərk xəstədir.