Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oflayn [oflayn] sifət ingilis

Jurnalistika. Kompüter şəbəkəsi, telekommunikasiya siste­mi, internetlə bağlantısı olmayan.

Azərbaycan dilinin izahlı lüğəti

orijinal-maket [orijinal-maket] isim latın/fransız/italyan

Jurnalistika. Ça­pa hazırlanmış məhsulun bütün səhi­fə­ləri gələcək nəşrin səhifələri ilə detallarına ­qə­dər üst-üstə düşən orijinal nüsxəsi.

Azərbaycan dilinin izahlı lüğəti

oykumen [oyk'umen] isim yunan

Coğrafiya. Yerin insanlar tərəfindən daimi məskunlaşmış hissəsi.

Azərbaycan dilinin izahlı lüğəti

obsidian [obsidiyan] isim latın

Geologiya. Vulkanik şüşədən ibarət maqmatik dağ süxuru.

Azərbaycan dilinin izahlı lüğəti

okeanologiya [okiyanalogiya] isim yunan

Coğrafiya. Dünya okeanında fiziki, kimyəvi, bioloji, geoloji prosesləri öyrənən elm sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti

okklüziya [ok'lüziya] isim latın

Coğrafiya. Sürətlə hərəkət edən soyuq atmosfer cəbhəsinin yavaş hərəkət edən isti atmosfer cəbhəsi ilə qovuşması.

Azərbaycan dilinin izahlı lüğəti

ornitofauna [ornitafauna] isim yunan/latın

Zoologiya. Coğrafiya. Müəyyən ərazidə məskunlaşan, yaxud qısa müddət ərzində təsadüf edilən quşlar.

Azərbaycan dilinin izahlı lüğəti

ost [ost] isim alman

Coğrafiya. Üfüqün şərq cəhətinin beynəlxalq adı.

Azərbaycan dilinin izahlı lüğəti

ozlar [ozdar] isim isveç

Coğrafiya. Qədim buzlaq çöküntülərindən (qum, çınqıl, buzlaq daşı və s.) əmələ gələn uzun, ensiz və alçaq, dalğavarı tirələr.

Azərbaycan dilinin izahlı lüğəti

ozonosfer [azonosfer] isim yunan

Coğrafiya. Yerdə həyatı yüksək enerjili ultrabənövşəyi günəş radiasiyasından qoruyan ozon molekullarının sıx olduqları atmosfer qatı.

Azərbaycan dilinin izahlı lüğəti

ofiolitlər [afiyolitdər] isim yunan

Geologiya. Tərkibi geniş diapazonda dəyişən effuziv və intruziv süxur assosiasiyalarını göstərən termin.

Azərbaycan dilinin izahlı lüğəti

oliqoklaz [oliqak'laz] isim yunan

Geologiya. Çölşpatları (plagioklazlar) qrupundan süxur əmələ gətirən mineral.

Azərbaycan dilinin izahlı lüğəti

olivin [olivin] isim latın

Geologiya. Olivin qrupuna aid rombik sinqoniyalı mineral.

Azərbaycan dilinin izahlı lüğəti