1. Bir-biri ilə oynamaq; əylənmək. □ İki çəlimsiz körpə çarpayının üstündə oynaşırdı. (Y.V.Çəmənzəminli).
2. Eyni mənada heyvanlar, quşlar və s. haqqında. □ Quzular, çəpişlər həyətdə oynaşır.
3. Müxtəlif tərəflərə uçmaq və ya üzmək. □ Kəpənəklər oynaşır.
4. Məcazi mənada: irəli-geri gedib-gəlmək, hərəkət etmək; tərpəşmək, ləpələnmək. □ ...xumarlanan gözləri oynaşan dalğalara zillənmişdi. (B.Bayramov).
5. Məcazi mənada: təzahür etmək, görünmək. □ Füzuli əyləşib otağında tək; Oynaşır üzündə qəm buludları. (B.Vahabzadə).
6. Məcazi mənada: görünüb yox olmaq, sayrışmaq, işığı əks etdirmək. □ Projektor işıqları hər zamankı kimi yenə limanın üzərində oynaşır, küçələri işıqlandırırdı. (S.Vəliyev).
1. Uşağı əlinə alaraq, atıb-tutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. □ Körpəni oynatmaq. Uşaqları oynatmaq.
2. Oyuncaq və s. ilə oynamaq, məşğul olmaq. □ Gəlinciyi oynatmaq.
3. O tərəf-bu tərəfə tərpətmək, qımıldatmaq; tərpətmək. □ ...qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. (A.Şaiq).
4. Oynamağa məcbur etmək, rəqs etdirmək. □ Vağzalı oynatmaq.
5. Əlində atıb-tutmaq, fırlatmaq. □ ...hə, de anamın oğluyam, verim, – deyib, konfeti əlində oynadardı. (M.İbrahimov).
6. Məcazi mənada: ələ salmaq, dolamaq, sarımaq. □ Deyəsən, məni oynadırsan.
7. Məcazi mənada: aldatmaq, aldadaraq yormaq; yuxulatmaq. □ İki aydır ki, məni oynadır.
8. Məcazi mənada: yerindən eləmək. □ Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünür, bütün xəyalını oynadırdı. (M.İbrahimov).
Həmçinin bax:
1. Oynayaraq, oynamaq vəziyyətində, rəqs edə-edə. □ Oynaya-oynaya oxumaq.
2. Məcazi mənada: asanlıqla, heç bir çətinlik çəkmədən. □ Tapşırığı oynaya-oynaya yerinə yetirmək.
3. Məcazi mənada: böyük həvəslə, məmnuniyyətlə, sevinə-sevinə. □ ...hansına bircə dəfə göz eləsən, oynaya-oynaya gələr. (Ə.Vəliyev).
1. Oyulmuş yer; mağara, kaha. □ Qayaların oyuğunda yuva salar kəsəyənlər. (O.Sarıvəlli).
2. Bir şeyin üzərində dərmə-deşik, deşik, dəlik; çuxur, çala. □ Su axarkən yeri oyub, çuxurlar, oyuqlar əmələ gətirərdi. (S.S.Axundov).
3. İçi oyulmuş, içi oyuq, boşluq əmələ gəlmiş; gövdənin oduncağı çürümüş yerində əmələ gələn boşluq; koğuş. □ Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. (A.Şaiq).
4. Divarda pəncərə, qapı və s.-nin yeri. □ Pəncərə oyuğu.
Quşları, heyvanları qorxutmaq üçün bostan və tarlada qoyulan uyuq. □ Yolun üst tərəfi qoruq idi. Bir neçə yerdə oyuq qoyulmuşdu. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti