1. Oyatmaq, yuxudan durğuzmaq. □ Uşağı oyandırmaq.
2. Məcazi mənada: Hhərəkətə gətirmək, doğurmaq, törətmək, qızışdırmaq, gücləndirmək. □ Dəfn edin siz məni Zabul segahın mayəsinə; Deyirəm, bəlkə, məni birgün oyandırdı muğam. (B.Vahabzadə).
1. Yuxudan ayılmaq, gözlərini açmaq. □ Səhər yuxudan oyanan kimi idman etmək lazımdır.
2. Məcazi mənada: canlanmaq, hərəkətə gəlmək; cana gəlmək, canlanmaq, dirilmək, inkişafa başlamaq. □ Kənd oyandı.
3. Məcazi mənada: gözü açılmaq, qəflət yuxusundan ayılmaq, hərəkətə gəlmək. □ Məzlum siniflər oyandı.
4. Məcazi mənada: əmələ gəlmək, doğmaq, törəmək. □ Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı. (M.İbrahimov).
5. Məcazi mənada: özünü tanımaq, özündə kişilik əlamətləri hiss etməyə başlamaq.
Həmçinin bax:
1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək. □ Anası hər səhər onu güclə oyadırdı.
2. Məcazi mənada: canlandırmaq, diriltmək, həyat vermək. □ ...torpağı təzədən qazıb oyatdılar, ona yeni toxumlar atdılar. (Ə.Məmmədxanlı).
3. Məcazi mənada: qəflət yuxusundan ayıltmaq, gözünü açmaq, hərəkətə gətirmək.
4. Məcazi mənada: törətmək, əmələ gətirmək, doğdurmaq, yaratmaq. □ ...Mədinə, bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır. (Y.V.Çəmənzəminli).
1. Məskən, yer, meydan. □ Şairlər vətəni bizim tərəflər; Tərlanın oylağı yadıma düşdü. (S.Vurğun).
2. Obrazlı təşbehlərdə. □ Yazda, payızda, qışda gülür çəmənim, bağım; Dəmir köksümsə çoxdan vuruşlar oylağıdır. (S.Rüstəm).
3. Düzənlik, geniş sahə. □ Sərin olur yaylaqları yurdumun; Vardır geniş oylaqları yurdumun. (Aşıq Bəylər).