1. Bənzər, oxşayan, bənzəyən. □ Xanım qız xalasına oxşar, igid oğlan dayısına. (Atalar sözü).
2. Misl, bərabər. □ Oxşarı yoxdur.
3. İsim kimi: oxşarlıq, bənzəyiş, bənzərlik. □ Məhəmməd Həsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu. (C.Məmmədquluzadə).
Həmçinin bax:
1. Kitab və s. oxuyan, mütaliəçi. □ Yazıçılarla oxucuların görüşü.
2. Kitabxanaya yazılmış adam, kitabxana üzvü, kitabxanadan istifadə edən şəxs. □ Oxuculara nümunəvi xidmət. Oxucu bileti.
3. Tutuşdurub yoxlamaq üçün orijinalı və ya əvvəlki korrekturanı korrektor üçün oxuyan adam, korrektor köməkçisi. □ Oxucu vəzifəsi.
4. Sifət kimi: oxuyan, ötən (quşlar haqqında). □ Cəh-cəhə başladı oxucu quşlar; Dilləndi ağaclar, qarğı, qamışlar. (H.K.Sanılı).
Həmçinin bax:
1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. □ Elm oxumaq iynə ilə gör qazımaq deməkdir. (Atalar sözü).
2. Təhsil almaq, elm almaq, öyrənmək; dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. □ Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq. Pis oxumaq. Əlaçı oxumaq.
3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. □ Xalq mahnıları oxumaq. Xorda oxumaq.
4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). □ Bülbüllər oxuyur.
5. Məcazi mənada: hiss etmək, sezmək, duymaq. □ Qəlbini oxumaq. Baxışlarından oxumaq.
Həmçinin bax: