1. Arxaizm. Ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan). □ ...nökərlərini, gözəgələn igidlərini götürüb çıxdı bir uca təpənin başına. (“Koroğlu”).
2. Məcazi mənada: başqasına qulluq göstərən, yaltaqlıq edən adam haqqında.
Həmçinin bax:
1. Çatışmayan cəhət, çatışmazlıq. □ Nöqsanları aradan qaldırmaq.
2. Qüsur, qəbahət, eyib, naqislik. □ ...öz nöqsanını qarşına qoyub sənə tapşırılan vəzifə ilə müqayisə et? (M.S.Ordubadi).
3. Qeyri-kamillik, eyib, zədə. □ Bu malın nöqsanı var.
Həmçinin bax:
1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. □ Nöqtələr şəklində güllər vurmaq.
2. Məcazi mənada: zorla seçilə bilən, nöqtəyə oxşayan kiçik şey haqqında. □ Ağartının ortasında bir qara nöqtə gördüm... (A.Divanbəyoğlu).
3. Dilçilik. Cümləni ayıran, həmçinin sözləri ixtisar şəklində yazdıqda (və i.a. və s.) qoyulan durğu işarəsi (.).
4. Ərəb əlifbasında bəzi hərflərin altına, ya üstünə qoyulan kiçik işarə (məsələn, ﺏ ݖ).
5. Riyaziyyat. Fizika. Riyaziyyatın, habelə mexanika və fizikanın əsas anlayışı; ölçüsü olmayan yer, xətt kəsiyinin hüdudu. □ Xətlərin kəsişdiyi nöqtə. Dayaq nöqtəsi.
6. Fəzada və ya bir şeyin üzərində müəyyən yer. □ Dağ silsiləsinin ən uca nöqtəsi.
7. Bir iş görülən, ya bir şeyin yerləşdiyi yer, məntəqə; mövqe. □ Ticarət nöqtəsi. Atəş nöqtəsi.
8. Yer, cəhət, səmt (bəzən “bir” sözü ilə müəyyən yer mənasında işlənir). □ Dünyanın heç bir nöqtəsində... şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. (C.Məmmədquluzadə). Bir nöqtəyə baxmaq.
9. Məcazi mənada: tərkiblərdə qəlbinin incə nöqtəsi, ruhunun həssas nöqtəsi və s. şəklində işlənir. □ Müəllim onun ruhunun ən həssas nöqtəsinə toxunmuşdu. (S.Hüseyn).
10. Fizika. Hər hansı maddənin bir haldan (aqreqat vəziyyətindən) başqa hala keçməsini göstərən temperatur həddi. □ Qaynama nöqtəsi. Donma nöqtəsi.
11. Musiqi. Hədd, dərəcə. □ “Simayi-şəms” bütün əsərin ən yüksək nöqtəsidir. (Ü.Hacıbəyli).
Həmçinin bax: