1. Tibb. Ürəyin fəaliyyəti nəticəsində arteriya (qan damarları) divarlarının ritmik vurması (adətən biləyin yuxarı hissəsində duyulur). □ ...Fərmanın yastığının yanında əyləşib nəbzini tutdu. (Ə.Haqverdiyev).
2. Biləkdə həmin titrəyişin hiss edildiyi yer. □ Nəbzini yoxlamaq.
3. Məcazi mənada: bir şeyin (hadisənin, həyatın və s.) ritmi, tempi. □ Deyirlər ki, gələcək ancaq zamanın nəbzini düz tutanların, bu günü yaxşı anlayanlarındır. (M.İbrahimov).
Həmçinin bax:
1. Nəcabəti, əsli olan; əsilli, soylu, nəcabətli. □ Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi. (Ə.Haqverdiyev).
2. Alicənab, yaxşı, ürəyi təmiz. □ Üz-gözündən bilinir ki, qonağın nəcib oğlandır. (M.Hüseyn).
3. İsim kimi: alicənab, yaxşı, ürəyi təmiz adam. □ ...sübut gətirim ki, mən özüm də nəciblərdənəm. (N.Vəzirov).
4. Məcazi mənada: təmiz, pak, müqəddəs. □ Nəcib duyğu.
5. Məcazi mənada: qəşəng, gözəl, incə, zərif. □ Nəcib üz.
1. Birinin sənətini, peşəsini, məşğuliyyətini bilmək üçün sual məqamında işlədilən söz. □ Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. (S.Hüseyn).
2. Nəçidir? nəçisən? şəklində – birinin sənətini, peşəsini, məşğuliyyətini bilmək üçün sual məqamında işlədilən söz. □ ...sən kimsən, nəçisən və kimin adamısan? (Ü.Hacıbəyli).