1. Qalın, yoğun olmayan; incə. □ Nazik kitab. Nazik təbəqə.
2. Yüngül, zərif materialdan hazırlanmış, qalınlığı az olan; en etibarilə, həcmcə kiçik olan, kiçik dairəli, yüngül olan. □ Nazik şüşə. Nazik sap. Nazik pencək.
3. Məcazi mənada: incə, zərif, qəşəng, gözəl. □ Nazik bilək. Nazik barmaq.
4. Məcazi mənada: zəif, yüngül. □ Gün yavaş-yavaş batmaqda idi, nazik yel əsirdi. (N.Nərimanov).
5. Arıq, cansız, cılız, zəif. □ ...qıvrımsaçlı, nazik və arğazvücudlu Ənvər Rəşidli xitabət kürsüsünə yaxınlaşdı. (S.Rəhimov).
6. Məcazi mənada: incətəbiətli, ədəbli, nəzakətli, incə. □ Təbiətcə nazik adamdır. (H.Nəzərli).
7. Məcazi mənada: incə. □ ...əvvəlkindən daha oğrun və nazik təbəssümlə dedi... (H.Nəzərli).
Həmçinin bax: