1. Təmiz olmayan, çirkli, kirli. □ Natəmiz otaq. Natəmiz yer.
2. Zərf kimi: təmiz olmayan, çirkli, kirli. □ Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. (M.F.Axundzadə).
3. Məcazi mənada: qəlbiqara, qeyri-səmimi, xain ürəkli. □ Ürəkdən natəmiz və bic adamlar nə qədər küt və biliksiz olsa, bəşəriyyət üçün o qədər faydalıdır. (M.İbrahimov).
4. Məcazi mənada: məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən; əliəyri, əli təmiz olmayan. □ Şahmar deyəndə ki, Hümmət natəmiz adamdır, inanmırdım... (B.Bayramov).
1. Klassik ədəbiyyatda zəif, taqətsiz, gücsüz, iqtidarsız; xəstəmənalarında işlənmişdir. □ Xoş ol zaman ki, ol məh ilə həmzəban olam; Hər sözdə bir dilim tutulub natəvan olam. (S.Ə.Şirvani).
2. Sifət kimi: klassik ədəbiyyatda zəif, taqətsiz, gücsüz, iqtidarsız; xəstə mənalarında işlənmişdir.
1. Nitq deyən, nitq söyləyən; çıxış edən. □ Natiqlər coşaraq söylər azadlıq; Bir çoxu hayqırır: haqq verin bizə! (A.İldırım).
2. Yaxşı danışmaq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran, natiqlik məharəti olan. □ Uca kürsülərdən danışanda mən; Həm natiq oluram, həm də dinləyən. (B.Vahabzadə).
3. Arxaizm. Danışan, söyləyən, deyən. □ ...İnsan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. (M.S.Ordubadi).