Tarix. Rusiyada 19-cu əsrin 80-ci illərində xalqçıların “Narodnaya volya” adlı təşkilatının rəhbərlik etdiyi ictimai-siyasi hərəkat (bu hərəkat mütləqiyyətlə kütləvi-siyasi mübarizəni siyasi sui-qəsd və fərdi terrorla əvəz etməyə çalışırdı).
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı bir işi görmək, yaxud bir şeyi buraxmaq və ya vermək üçün sənəd, əmr, sərəncam. □ Direktorun əmri ilə naryad yazıb, Saleh kişiyə taxta verdilər. (Mir Cəlal).
2. Xüsusi tapşırıq üzrə hərbi xidmətçinin gördüyü iş, yerinə yetirdiyi tapşırıq. □ Naryadda olmaq. Növbədənkənar naryad vermək.
3. Xüsusi tapşırığı yerinə yetirən hərbi xidmətçi dəstəsi. □ Sərhəd naryadı.
Klassik ədəbiyyatda insanlar, xalq, camaat, el mənalarında işlənmişdir. □ Şeyx Sədi... nəinki bir şirazlılara və yainki əhli-əcəmə, bəlkə ümumnasa gözəl nəsihətlər və hikmətamiz sözlər deyib. (F.Köçərli).
Dilin altına qoyulub çəkilən xına rəngli narın tütün növü. □ ...Buxara tacirləri dizlərin qucuyub nas atırlar. (S.M.Qənizadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. □ Nasaz hal. Dünən bir az nasazdım, gəlmədim. (N.Vəzirov).
2. Zərf kimi: kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. □ Nasaz olmaq.
3. Bir-birilə tutmayan, uyğun olmayan. □ Nasaz şey.
4. Saz olmayan, qaydada olmayan, qüsuru olan, işləyəcək halda olmayan. □ Nasaz maşın.