Möhkəm olmayan, davamsız. □ Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir. (M.S.Ordubadi).
1. Muradına çatmamış; uğursuz, bəxtsiz, talesiz. □ Namurad adam. 2. İsim kimi: muradına çatmamış; uğursuz, bəxtsiz, talesiz adam.
1. İnsanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət. □ ...Həyat beşgünlükdür, fəqət namus... Namus əbədidir. (H.Cavid). 2. Bəkarət, ismət, təmizlik.
Həmçinin bax:
1. Şərəflə, şərəf və heysiyyətini gözləyərək. □ Namusla yaşamaq. 2. Çox yaxşı, yüksək səviyyədə, əla surətdə. □ Öz vəzifəsini namusla və vaxtında yerinə yetirmək.
Abırlı, ismətli, əxlaqlı, qeyrətli, mənəviyyatca təmiz; təmiz, vicdanlı, düz. □ ...adaxlısı təmiz və namuslu adamdır. (S.Vəliyev).
Namusdan məhrum, namusu olmayan, qeyrətsiz. □ Siz məni namussuz qızlaramı bənzədirsiniz! (C.Cabbarlı).
Qeyrətsizlik, şərəfsizlik, namusdan məhrumluq. □ Mən bu namussuzluğu götürə bilmərəm. (“Koroğlu”).
Müəyyən olmayan, qeyri-müəyyən. □ Namüəyyən məlumat.
Qeyri-müəyyənlik, müəyyən olmama.
Mümkün olmayan, qeyri-mümkün. □ Onu qandırmış o xain, lakin; Mən sağ olduqca bu iş namümkün. (H.Cavid).
1. Münasib olmayan, qeyri-münasib, yersiz; ləyaqətsiz, layiq olmayan; pis, yaraşmayan. □ Namünasib zaman. Namünasib yer. 2. Ədəbsiz, yaramaz, nalayiq. □ Namünasib hərəkət. Namünasib söz.
Münasib olmama, qeyri-münasiblik, yersizlik.
Mürüvvəti olmayan, mürüvvətsiz, mərhəmətsiz. □ Bu namürüvvət uşağını tanımırsanmı? (Mir Cəlal).
İntəhasız, nəhayətsiz, sonsuz, bitməyən, ucu-bucağı olmayan. □ Öpərkən gecələr dəsti-səbahi; Duyurdum hərəkət namütənahi. (S.Vurğun).
1. Arxaizm. İgid, qəhrəman, pəhləvan. 2. Arxaizm. Adlı, sanlı.