1. İlahiyyat. Dini etiqada görə, hər bir şəxsin bu dünyada gördüyü bütün savab və günahları yazılmış kitabça. □ ...nameyi-əmalımı mənə daldan göstərirsən, mənim ki başımın dalında gözüm yoxdur. (Ə.Haqverdiyev).
2. Məcazi mənada: bir şəxsin bütün əməlləri qeyd olunmuş kağız, sənəd. □ Onun nameyi-əmalını əlinə verdilər.
Məktub, kağız. □ Oxu bu naməni, əzizim Eldar; Qoy mənim dərdimi dinləsin dağlar. (S.Vurğun).
Qeyd: ...namə. İsimlərə qoşularaq, onlardan göstərdiyi şeyə dair kitab, risalə, vərəqə, sənəd və s. mənası bildirən sözlər düzəldilir. Məsələn: “Şahnamə”, “Dərbəndnamə”, salnamə, əhdnamə, şəhadətnamə, etibarnamə, müraciətnamə və s.
Azərbaycan dilinin izahlı lüğəti1. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız). □ Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir.
2. Sifət kimi: şəriətə görə, məhrəm olmayan. □ ...heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən. (S.S.Axundov).
3. Sifət kimi: yad, özgə, kənar. □ ...gərək bir naməhrəm adam Nigar xanımın boyunu görməsin. (“Koroğlu”).
1. Alçaq, müxənnəs, nakişi, əclaf. □ Namərd adam.
2. Vəfasız. □ Gözəl eşqində könül yanar, sızlar; İnsaf, mərhəmət yox namərd fələkdə. (H.Cavid).
3. İsim kimi: alçaq, müxənnəs, nakişi, əclaf adam. □ Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. (“Koroğlu”).
1. Bir vəzifəyə, yerə seçilmək, irəli çəkilmək, təyin və ya qəbul olunmaq üçün adı göstərilən şəxs. □ Deputatlığa namizəd.
2. İlk, kiçik elmi dərəcəsi olan şəxs. □ Filoloji elmlər namizədi. Tibb elmləri namizədi.
3. Arxaizm. Nişanlı, adaxlı, ad olmuş. □ Məşədi, deyəsən, qızın iki namizədi vardır. (Ü.Hacıbəyli).