1. Başa gələn həyəcanlı hadisə; qəziyyə, sərgüzəşt. □ Onun başına böyük macəralar gəlmişdir.
2. Təsadüfi müvəffəqiyyət ümidi ilə edilən şübhəli təşəbbüs, həqiqi qüvvə və şəraiti nəzərə almadan görülən iş; xətərli təşəbbüs; ümumiyyətlə, hadisə, qəziyyə, əhvalat. □ Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. (M.Füzuli).
Həmçinin bax:
1. Qoyun və başqa heyvanların dirsəkdən aşağı bilək hissəsi. □ Maça əti. Maça bozbaşı.
2. İri aşıq, böyük aşıq. □ Aşıqların irisi və xırdası olardı. Xırdasına aşıq, bir qədər irisinə isəmaça deyərdilər. (H.Sarabski).
3. Məcazi mənada: həyasız, sırtıq, abır-həya bilməyən adam haqqında. □ Maçanın biridir.
1. Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə ərli qadına (adətən, familiyasına qoşularaq) müraciət edilərkən işlədilir; xanım. □ “Madam Bovari” romanı.
2. Arxaizm. Qadın (adətən, “avropalı qadın”) mənasında. □ Əyləşmiş ikisi, qozlada qazaq; Yanlarında madam, edirlər mazaq. (H.K.Sanılı)