Qala divarlarında və s.-də atışma üçün qoyulan deşik. □ O, bu sərrast güllələrin əncüməndəki mazğaldan atıldığını öyrənəndə, qudurub bütün top və tüfənglərin atəşini bu mazğala çevirməyi əmr etdi. (P.Makulu).
Mazğalı olan. □ Dırmaşmışdı uşaqlar; Mazğallı divarlara. (Ə.Cavad).
1. Bəzi ağacların üzərində həşərat yumurtacıqlarından əmələ gələn yumru fır(ur). □ Ağacda var mazılar; Könlüm səni arzular; Əyil, üzündən öpüm; Qoy baxsın tamarzılar. (Bayatı). 2. Mazı-mazı oyununda işlədilən daş kürəcik.
Düz və hamar yerdə mazı ilə oynanılan oyun. □ Mazı-mazı oynayan on yeddi-on səkkiz yaşındakı gənclərin səsindən qulaq tutulurdu. (Y.Çəmənzəminli).
1. Klassik ədəbiyyatda keçmiş zaman, keçmiş mənalarında işlənmişdir. □ Qəmli mazisini hekayət edər; Taleyindən bütün şikayət edər. (A.Səhhət). 2. Dilçilik. Feilin keçmiş zamanının köhnə adı.
Bax: mazlamaq.
1. Maz sürtmək, maz çəkmək. □ Ayaqqabını mazlamaq. 2. Məcazi mənada: üzünə yağ və ya başqa bir şey çəkmək. 3. Məcazi mənada: üstünü malalamaq, ört-basdır eləmək.
Maz sürtülmüş, maz çəkilmiş.
1. Üçölçülü taktı olan polyak milli rəqsi, habelə həmin rəqsin musiqisi. □ Mazurka oynamaq. 2. Həmin rəqs ritmində musiqi əsəri. □ Şopenin mazurkası.
Neftdən ağneft, benzin və qazolin ayrıldıqdan sonra qalan yağlı qatı maddə. □ Qıra mazut qatmaq. Yanan mazutdan çıxan his.
Bax: mazutlamaq.
Mazut sürtmək, üzərinə mazut çəkmək; mazuta bulamaq. □ Borunu mazutlamaq.
Bax: mazutlanmaq.
Mazut sürtülmək, mazut çəkilmək; mazuta bulanmaq.
Mazut sürtülmüş, mazuta bulanmış, mazutu olan. □ Qənbərli mazutlu əli ilə gözlərini ovdu. (S.Rəhimov).