May bayramı ərəfəsində, yaxud yaxınlaşan may bayramı şərəfinə olan. □ Mayqabağı yarış.
1. Çox huşsuz, key, fərasətsiz, bacarıqsız, aciz-avara. □ Maymaq uşaq. 2. İsim kimi: çox huşsuz, key, fərasətsiz, bacarıqsız, aciz-avara adam. □ Maymağın biridir.
Maymaq kimi, mənasız-mənasız. □ Maymaqcasına baxmaq.
Maymaq adamın hal və xüsusiyyəti. □ Sən onun elə maymaqlığına baxma, yamanca saman altından su yeridəndir. (S.Rəhimov).
Kapitandan sonra gələn zabit rütbəsi, habelə belə rütbəsi olan adam. □ Yanında Tahirin ilk dəfə gördüyü təyyarəçi bir mayor da vardı. (M.Hüseyn).
Mayor rütbəsi.
Qədim və orta əsr hind fəlsəfəsində universal anlayışlardan biri.
Cənubi Afrikada dil ailəsi.
1. Dəriyə sürtmək üçün tərkibində dərman maddələri olan qatı yağ qatışığı. 2. Hər hansı bir şeyi yağlamaq üçün qatı yağlı maddə. □ Ayaqqabı mazı.
Vulqarizm. Zarafat, əylənmə, dilxoşluq (adətən kişi ilə qadın arasında).
Bax: mazaqlaşmaq.
Dilxoşluq etmək; zarafatlaşmaq, oynaşmaq. □ Ağa əvvəllər mənlə mazaqlaşardı. (S.S.Axundov).
1. Ziyan, zərər. □ Dövlətlidən xeyir, kordan mazarat. (Atalar sözü). 2. Müzür adam, mərdimazar. □ Aradan seçmək gərək; Ziyançını, mazaratı. (Aşıq Əli).
Özünü mazata qoymaq – naz eləmək, təşəxxüs satmaq. □ Nahaq yerə özünü mazata qoyma! (Ə.Haqverdiyev).
Radiodalğalar diapazonunda işləyən kvant generatorunun adı.