Axmaqlıq, giclik, səfehlik, qanmazlıq, kütbeyinlik.
1. Öz malının qədrini bilən, öz malını qoruyan, ona qayğıkeşlik göstərən. 2. Var-dövlətə, pula, vara həris olan, onlara pərəstiş edən; malcanlı.
Malcanlı adamın xasiyyəti, öz malını qoruma, malının qayğısına qalma.
Bax: qapançı.
Ev heyvanları saxlamaqla məşğul olan kəndli və ya kənd təsərrüfatı.
İqtisadiyyat. Kənd təsərrüfatı sahəsi kimi mal-qara saxlamaqla məşğul olma. □ Kəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç kəs cürət edib kənara süd sata bilməzdi. (Ə.Haqverdiyev).
Bax: mal-qara.
Botanika. Üstü tikanlı, yarpaqsız, enli, ətli gövdəsi olan cənub bitkisi; kaktus.
Sərvət, dövlət, əmlak, var. □ Mal-dövləti əlindən çıxmaq.
Qara sevda, qara fikirlər; qəmgin, tutqun əhvali-ruhiyyə; insanda baş verən səbəbsiz ruh düşkünlüyü.
Malxulya edən; malxulyaya meyilli adam.
Sahib, yiyə. □ Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi. (Y.V.Çəmənzəminli)
Mülkədar mülkü, mülkədara məxsus ev və ona yapışıq bağ, bağça və s.
Malik olma, sahib olma; sahiblik, yiyəlik.