1. İribuynuzlu ev heyvanı; mal-qara, qaramal (inək, öküz, camış və b.); iribuynuzlu heyvan sürüsü. □ Malı naxıra qatmaq. Mal damı.
2. Fərasətsiz, dilsiz, düşüncəsiz, key adam haqqında. □ Malın biridir.
1. Qiyməti olan və cəmiyyətdə alqı-satqı yolu ilə paylaşdırılan əmək məhsulu; ümumiyyətlə, alver obyekti olan hər şey; əmtəə. □ Çoxişlənən mallar.
2. Parça, arşınmalı (çit, mahud, ipək və s.). □ Heç kəs malın üzünə baxmır. (M.F.Axundzadə).
3. Var-dövlət, sərvət; mal-əmlak. □ Dünyanın malı; Cahü cəlalı; Şövqü vüsalı; Bu balama qurban! (Layla).
4. Vulqarizm. Məcazi mənada: gözəşirin qadın (qız) haqqında.
Həmçinin bax:
1. Binanın iç və bayır divarlarına çəkmək üçün əhəng, sement və s. qatışığından ibarət suvaq, palçıq. □ Mala tutmaq.
2. Həmin qatışığın, binanın içinə və bayır divarına, bəzən də səqfinə çəkilən bərkimiş qatı; suvaq. □ Divarın malası qopub yerə töküldü.
3. Suvaq çəkmək üçün alət; mala, kəmçə.
4. Şumlanmış torpağın kəsəklərini əzmək və hamarlamaq üçün kənd təsərrüfat aləti. □ Malanı təmir etmək.
5. Şumlanmış torpağın kəsəklərini əzib hamarlama işi.