Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

magistral [magistral] isim latın

1. Nəqliyyat. Hər hansı bir yolun əsas xətti. □ Dəmiryol magistralı. Su magistralı. Magistral şose yolu.

2. Elektrik, teleqraf, telefon, kanalizasiya və ya su şəbəkəsi sistemində əsas kabel və ya boru. □ Elektrik magistralı. Magistral qaz kəməri.

Azərbaycan dilinin izahlı lüğəti

mağara1 [mağara] isim ərəb

1. Coğrafiya. Dağ və qayanın içinə doğru uzanan, yaxud yer altında olan geniş oyuq; zağa, kaha. □ Ayı mağarası.

2. Məcazi mənada: kiçik, yaraşıqsız ev, məskən, daxma. □ ..Dəstəbaşımız da öz mağarasında əyləşib, üç gündür nə isə bizimlə danışmaq istəməyir. (Ə.Haqverdiyev).

mağara2 [mağara] isim

Sap çarxı, qarqara.

Həmçinin bax:

coğrafiya: karst mağarası coğrafiya: mağara suları Azərbaycan dilinin izahlı lüğəti

mahal1 [mahal] isim ərəb

Coğrafiya. Dövlət ərazisinin müəyyən idarəçilik sahəsi (inzibati-siyasi, təsərrüfat, hərbi və s.) üçün ayrılan hissəsi. □ Gəncə-Şirvan mahalı.

mahal2 [mahal] sifət ərəb

Çətin əmələ gələn, mümkün olmayan, baş tutmayan, qeyri-mümkün. □ Mahal işdir.

Azərbaycan dilinin izahlı lüğəti