Özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi; maşınların, avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal qurğularının istifadəsinin xüsusi sahibkarlıq forması.
L. adətən, xüsusi qurumlar (şirkətlər) vasitəsilə reallaşdırılır. Həmin şirkətlər zəruri avadanlığı 5-8 il və daha çox müddətə icarədar firmaya verir. İcarədar firma əmlakdan istifadə etdikcə, tədricən borclarını ödəyir. L. müqaviləsinin müddəti başa çatdıqdan sonra icarədar qalıq məbləğlər dəyəri ilə avadanlığı alır, bu halda mülkiyyət hüququ onun yeni sahibinə keçir, müqavilənin vaxtını uzatmaq - yeni saziş bağlamaq, maddi sərvətləri (dəyərləri) L. şirkətlərinə qaytarmaq hüququ qazanır. □ Traktoru lizinqə götürmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Bu və ya başqa təşkilatın, fərdi sahibkarın tanınma nişanı; qrafik işarə, emblem, rəmz.
Bir çox hallarda, həm də ticarət markası kimi çıxış edən L. identifikasiya etdiyi qurumun və ya fəaliyyətin təsdiqləyicisi kimi çıxış edir. □ AzTV-nin loqosu.
2. Uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan xüsusi metodika.
Əslində, L. 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) işlənib hazırlanmış proqramlaşdırma dilidır. Burada xüsusi komandalar icraçısı kimi tısbağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, burada hərəkət edən bağa fiquru da yerini dəyişən zaman iz qoyur. Onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da uşaqlar təkcə proqramlaşdırma dilinin elementlərini deyil, həm də alqoritmləşdirməni asanlıqla öyrənə bilirlər. Bağa “obyekt-fikir” əlaqəsini təmin edir, yəni əvvəlcə döşəmədə sürünən mexaniki tısbağadan, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunur. Bu isə L. dilinə müəyyən gözəllik və cazibədarlıq verir. Uşaqlar bağaya irəli, sağa, sola, geri hərəkətlə bağlı sadə komandalar verməklə ona “hərəkət etməyi”, yaxud “düşünməyi” öyrədir, onu hərəkət və fikirlərini anlamağa vadar edirlər. Buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. □ Loqo proqram dilidir.
Azərbaycan dilinin izahlı lüğətiHakimiyyət dəyişikliyindən sonra əvvəlki rejimin tərəfdarlarının hüquq və fəaliyyətlərinin məhdudlaşdırılması.
L. qanunları qəbul olunmuş ölkələrdə keçmiş rejimlərlə sıx əməkdaşlıq edərək ölkəyə ziyan vurmuş şəxslər aşkarlanır, bəlli müddət çərçivəsində və ya müddətsiz olaraq onların ictimai-siyasi həyatda iştirakına qadağa qoyulur. Baltikyanı ölkələrdən başqa keçmiş sovet respublikalarının heç birində müstəqillikdən sonra L. haqda qanun qəbul edilməyib. □ Lüstrasiya qanunu.
Azərbaycan dilinin izahlı lüğəti