1. Adətən əlifba sırası ilə düzülmüş, izahı və ya başqa dilə tərcüməsi verilmiş sözlər toplusundan ibarət kitab; sözlük. □ İzahlı lüğət. Azərbaycanca-rusca lüğət.
2. Hər hansı bir dildə və ya dialektdə işlədilən sözlərin məcmusu.
Həmçinin bax:
1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. □ Topun lüləsi.
2. Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. □ Kağız lüləsi. Bir lülə müşəmbə.
3. Anatomiya. Qolda, qıçda boru şəklində içiboş sümük. □ Sağ qolumun lüləsini sındırmışdı. (H.Nəzərli).
4. Döyülmüş ətdən bişirilən lülə şəklində kabab.
1. Lülə şəklinə düşmək, burulub lülə halına gəlmək, lülə olmaq. □ Həmişəyev.. dərindən nəfəs alıb dikələn kimi layihə öz-özünə bükülüb lülələndi. (B.Bayramov).
2. Lülə şəklinə salınmaq, lülə halına gətirilmək. □ Qarabağ vəziri.. irəli çıxdı, lülələnib şal qurşağına qoyulmuş tirməkağızı açdı. (Y.V.Çəmənzəminli).