1000 kub santimetrə bərabər maye ölçüsü. □ Bir litr süd.
Hər hansı bir qabın litrlə tutumu. □ Bakın litrajı.
1. Bir litr tutan qab. 2. Sifət kimi: bir litr tutan. □ Ağzı tıxaclı litrlik şüşəni pəncərə qabağına qoydu. (Mir Cəlal).
Qədim Yunanıstan polislərində dövlət mükəlləfiyyəti.
Litva dilində; litvaca qəzet. □ Litvaca danışmaq.
Litvanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.
Ətlik malın, qoyunun yeməli içalatı.
1. Botanika. Paxlalılar fəsiləsindən birillik bostan bitkisi. □ Lobya yemək. 2. Həmin bitkinin xörəkdə işlədilən toxumu. □ İri lobya. Aş lobyası. Xəmiraşıya lobya tökmək.
Lobya ilə bişirilmiş aş; lobyalı çilov.
Lobya qatılmış, lobya ilə bişirilmiş. □ Lobyalı aş. Lobyalı xəmiraşı.
Lobya əkilmiş yer, lobya bostanı. □ Lobyalığı sulamaq. Lobyalığı alaq etmək.
Qayıq. □ Geniş və uzun hovuzda səyahət üçün kiçik lodkalar üzürdü. (M.S.Ordubadi).
Bax: dikdaban.
1. İstehza, rişxənd, masqara, ələ salma. 2. Uydurma, yalan; laf.
1. Bir dəfədə ağıza qoyulan çörək parçası; tikə, dişləm. □ Loğma ki var, boğmadır. (Atalar sözü). 2. Ümumiyyətlə, çörək mənasında. □ Yemə namərd loğmasın, Seyyid! Sifəti etməsin sənə təsir. (S.Ə.Şirvani).
Həmçinin bax: