Ağır şeyləri qaldırmaq, bərk yeri qazımaq və başqa məqsədlərüçün istifadə edilən bir ucu şiş, bir ucu isə iti, uzun, ağır dəmir alət. □ Bu zaman əllərində ling və çəkic olan ikinci bir başıpozuq dəstə göründü. (A.Şaiq).
Kiçik ling, balaca ling. □ Lingciklə işləmək.
Bax: lingləmək.
Linglə qaldırmaq, altına ling salaraq yerindən tərpətmək. □ Daşı lingləmək.
Bir ayaq üstə atıla-atıla oynanılan uşaq oyunu.
Dəniz döyüşündə müxtəlif gəmi növlərini məhv etmək və düşmənin sahil obyektlərinə artilleriya zərbəsi endirmək üçün güclü silahlarla silahlanmış iri hərb gəmisi.
Qrammofon vallarına və ya maqnitofon lentlərinə yazılmış dil kursu.
Linoleumla örtülmüş, linoleum vurulmuş. □ Linoleumlu döşəmə.
Arxaizm. Kitab, jurnal və qəzet mətnlərini yığmaq üçün qurğuşundan sətirtökən yığı maşını və həmin maşında hazırlanmış sətirşəkilli monolit metal tökmələr.
Linotipdə işləyən mətbəə işçisi.
Linotipçinin işi, sənəti.
Gözlük, durbin, zərrəbin və s. optik cihazlarda işlənən, ortası qabarıq və kənarları nazik şüşə; ədəsə. □ Qabarıq linza. Silindrik linza.
Geologiya. Bütün istiqamətlərdə pazlaşan mərciyəoxşar geoloji kütlə.
Linzanın tətbiqilə əlaqədar olan, linzası olan. □ Linzalı cihazlar.
Təbii yağa bənzəyən maddə.
Barmaqla çalınan qədim yunan simli musiqi aləti; rübab.