Yastı, dəyirmi balaca daş.
Evdə geyilən yüngül ayaqqabı; şap-şap.
Ləpiklə oynanılan bir oyun.
Torpaq, qar və s. üzərində insan və ya heyvan ayağının nişanı, izi. □ At ləpiri. Dovşan ləpiri. Quş ləpiri. Ovçu ovunu ləpirindən tanıyar. (Atalar sözü).
Dialekt. Ayaqları qısa toyuq cinsi.
1. Heyvanı ləpirilə izləyib tapan ovçu; izçi, izaxtaran. 2. Keçmiş bir hadisənin buraxdığı izləri araşdırıb tapan adam.
Dialekt. Ləpir boyda, ləpir kimi; balaca, ovuc boyda. □ Bir azdan sonra dəllək hazır oldu və ləpirən kimi balaca güzgünü ətəyi ilə təmizləyib ustaya təqdim etdi. (Y.V.Çəmənzəminli).
Botanika. Paxlalılar fəsiləsindən olan, yarpaqcıqları bığcıqla qurtaran bitki.
Lərgə əkilmiş yer, lərgə tarlası.
Klassik ədəbiyyatda lərzə edən, titrəyən, titrək, rəşədar mənalarında işlənmişdir.
Titrəmə, titrəyiş, əsmə.
Həmçinin bax:
Bax: lərzələnmək.
Lərzəyə gəlmək (düşmək); titrəmək, əsmək.
Bax: lərzə.
1. Arxaizm. Qoşun, ordu. □ Gəlib qeyzə hökm eylədim ləşkərə; Atın şəhrə üç yandan od bir kərə. (M.Ə.Sabir). 2. Məcazi mənada: Yeriş etdi qəm ləşkəri; Könlüm şəhri talan oldu. (Aşıq Ələsgər).
Klassik ədəbiyyatda ordunun yerləşdiyi yer; ordugah mənalarında işlənmişdir.
1. Ət kimi, süst, key, hərəkətə qadir olmayan, ölgün. □ Lət adam. Lət kimi olmaq.
2. İsim kimi: heyvanların inkişaf etməsinə mane olan qarın xəstəliyi. □ Qoyun lət olub.