1. Bəzək və s. üçün işlədilən dar, uzun parça zolağı. □ Sarı lent. Ağ lent. Qara lent.
2. Orden və medal üçün müəyyən rəngdə və ölçüdə ipək zolaqcıq. □ Döşünə cərgə ilə orden və medal lentləri taxmış ortaboylu, kök, qoca kapitan nəvəsini qucaqladı. (M.Süleymanov).
3. Müxtəlif materialdan kəsilmiş uzun, ensiz zolaq. □ Kağız lent. Teleqraf İzolyasiya lenti.
4. Bəzi nəqliyyat qurğularında, mexanizmlərdə intəhasız hərəkət edən parça zolağı. □ Konveyer Transportyor lenti.
5. Məcazi mənada: ensiz, zolaq kimi uzanıb gedən, nəhayəti görünməyən. □ Yol getdikcə sarı bir lent kimi uzanırdı.
Həmçinin bax: