1. Kəfənə yarar, kəfən üçün işlədilən parça. □ Pambığın hər qozası düşmənə; Olmalı bir kəfənlik. (R.Rza).
2. Sifət kimi: kəfənə yarar, kəfən üçün işlədilən parça. □ Ana .. səliqə ilə qatlayıb özü üçün saxladığı kəfənlik ağa baxdı. (Ə.Əbülhəsən).
1. Xörəyin kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq. □ Göyçək arvad əlində kəfkir aş süzürdü. (Ə.Vəliyev).
2. Duşun, susəpənin deşik-deşik olan hissəsi. □ Su, kəfkirin yekə bir deşiyindən fışqıraraq töküldü. (M.Hüseyn).
Yuxarı ucu hərəkətsiz bir nöqtəyə bərkidilmiş yellənən mil, ox (divar saatlarında). □ Divar saatının kəfkiri.
Azərbaycan dilinin izahlı lüğəti