1. Yüngül xəstə, naxoş, azarlı. □ O dəm deyir biri dustaqların: – Bəradərlər! Nə var, neçün belə kefsiz, fikirlisiz yeksər? (A.Səhhət). 2. Məcazi mənada: kədərli, qəmgin, halı pərişan, məyus, pərt. □ Niyə belə kefsizsən?
Kefsiz halda, kefsiz bir tərzdə, qəmgincəsinə, pərişancasına. □ Bir gün işdən qayıdan zaman Cəmilə xanım kefsizcəsinə Əhmədi qarşıladı. (S.Rəhimov).
Bax: kefsizləmək.
1. Yüngül xəstələnmək, naxoşlamaq, azarlamaq. □ Uşaq kefsizləyib. 2. Məcazi mənada: kədərli və pərişan olmaq, qəmginləşmək, məyuslaşmaq. □ ..Həftəbaşı .. ərinin kefsizləməyini istəmir. (S.Rəhimov).
Bax: kefsizləndirmək.
1. Yüngül xəstələnməsinə, naxoşlamasına, azarlamasına səbəb olmaq. □ Uşağı soyuğa verib kefsizləndirmək. 2. Məcazi mənada: kədərləndirmək, pərişan etmək, qəmginləşdirmək, məyus etmək. □ Xəbər onu kefsizləndirdi.
1. Azca xəstəlik, naxoşluq. 2. Məcazi mənada: əhval pozğunluğu; pərişanlıq, qəmginlik, məyusluq, pərtlik. □ Arvad Zeynalı bu axşam kefsiz gördü, lakin bu kefsizliyə ayrıca məna vermədi. (Y.V.Çəmənzəminli).
Yumurta, şəkər vurulmuş, kişmişli xəmirdən bişirilən, şirin çörək növü. □ Qozlu keks. Keks bişirmək.
1. Müəyyən qaydada düzülmüş çəlikləri şarla vurub yıxmaqdan ibarət oyun. □ Keql oynamaq. 2. Həmin oyunda işlədilən çəliklər.
Poliqrafiya. Mətbəə hürufatı ölçüsü.
Tarix. Qədim zamanlarda Qərbi Avropada yaşamış tayfalardan biri.
Zoologiya. Qabaq ayaqları qısa, dal ayaqları uzun, hoppana-hoppana gəzən, hərəkət edən kisəli heyvan (Avstraliya və Yeni Qvineyada yayılmışdır).
Günlüyü olan yumşaq kişi baş geyimi. □ Drap kepka. Qara kepka. Kepkasını çıxarmaq.
Başında kepka olan, başına kepka qoymuş. □ Kepkalı oğlan.
Dulusçuluq məmulatı; saxsı istehsalı; dulusçuluq. □ Keramika istehsalı.
Buynuz, yun, lələk, saç və s.-də olan zülali maddə.