Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

klaviatura [k'laviyatura] isim alm. klaviatur < lat. clavis – açar

Musiqi alətlərində, kompüterdə və hər hansı mexanizmdə dillərin – klavişlərin müəyyən sistem üzrə düzülmüş komplekti. □ Kompüter klaviaturası.

Azərbaycan dilinin izahlı lüğəti

klavir [k'lavir] isim alm. klavier – fortepiano

1. Tarix. Musiqi. Orta əsrlərdə simli-klavişli musiqi alətlərinin ümumi adı. □ Klavirdə ifa etmək.

2. Musiqi. Yalnız fortepiano üçün yazılmış partitura.

Azərbaycan dilinin izahlı lüğəti

klaviş [k'laviş] isim lat. clavis – açar, düymə

Hər hansı musiqi alətində, mexanizmdə konkret funksiya daşıyan düymə, dil. □ Musiqi alətlərində klaviş müəyyən notu səsləndirmək, yazı makinası və ya kompüterdə informasiyanı ekrana gətirmək və s. əməliyyatlar yerinə yetirmək məqsədi daşıyır.

Azərbaycan dilinin izahlı lüğəti

klip [k'lip] isim ing. clip – kəsmək

Ritmik kadrlarla müşayiət edilən yığcam musiqili görüntü; daha çox reklam məqsədilə efirə verilən qısa videosüjet. □ Klip təqdimatı.

Azərbaycan dilinin izahlı lüğəti

klişe [k'lişe] isim fr. cliche, clicher – iz salmaq

1. Sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir; qəlib, trafaret. □ Klişe hazırlamaq.

2. Məcazi mənada: bayağı, köhnəlmiş, çeynənmiş söz və ya ifadə. □ Klişelərlə danışmaq.

Azərbaycan dilinin izahlı lüğəti

klounada [k'lounada] isim ing. < lat. clownada – komik toplu

İncəsənət. Sirk janrı; klounların ekssentrik nömrələrdə buffonada üsulundan istifadə edərək oynadıqları komik səhnəcik. □ Klounada iştirakçısı.

Azərbaycan dilinin izahlı lüğəti

koalisiya [k'alisiya] isim lat. coalitio < coalescere – birləşmək

1. Dövlətlərin, partiya və ictimai qurumların hər hansı ümumi məqsədə nail olmaq üçün birləşməsi. □ Antiterror koalisiyası.

2. Bir neçə siyasi partiyanın birləşərək həmin partiyaların nümayəndələrindən ibarət hökumət təşkil etməsi. □ Koalisiya hökuməti.

Azərbaycan dilinin izahlı lüğəti

kod [k'od] isim fr. code – işarə

1. İnformasiyanın ötürülməsi, işlənməsi və saxlanması üçün istifadə edilən şərti işarə, simvollar və siqnallar sistemi. □ Məlumatın kodlaşdırılması.

2. Gizli şifr. □ Telefon kodu.

Həmçinin bax:

jurnalistika: kodlu yayım jurnalistika: kodsuz yayım jurnalistika: məxfiləşdirmə kodu jurnalistika: zaman kodu Azərbaycan dilinin izahlı lüğəti

kodeks [k'odek's] isim lat. codex – kitab

1. İnsan fəaliyyətinin hər hansı sahəsinin tənzimlənməsi üçün sistemləşdirilmiş qanunların məcmusu. □ Əmək kodeksi.

2. Məcazi mənada: müəyyən prinsip və normaların, qanunla tənzimlənməyən, lakin hamının əməl etməli olduğu davranış qaydalarının toplusu. □ Etika kodeksi.

Həmçinin bax:

jurnalistika: etika kodeksi jurnalistika: əxlaq kodeksi jurnalistika: peşə etikası kodeksi Azərbaycan dilinin izahlı lüğəti

kofe-breyk [k'ofe-breyk'] isim ing. coffee break – qəhvə fasiləsi

Müxtəlif səviyyəli toplantılarda yüngül qəlyanaltı və qeyri-rəsmi ünsiyyət üçün qısa fasilə (15-40 dəq.). □ Kofe-breyk zamanı.

Azərbaycan dilinin izahlı lüğəti

koqnitiv [k'aqnitif] sifət alm. kognitiv < lat. cognitio – anlama, dərk

Şüur, düşüncə və təfəkkürlə bağlı olan; anlayışların formalaşmasına, bilikdən nəticələrin çıxarılmasına xidmət edən dərketmə prosesi. □ Koqnitiv funksiya.

Həmçinin bax:

jurnalistika: koqnitiv dissonans Azərbaycan dilinin izahlı lüğəti

kollaj [k'allaj] isim fr. collage – yapışdırmaq

Təsviri sənətdə hər hansı bir özülə faktura və rənginə görə ondan fərqlənən materialların yapışdırılması üsulu; bu üsulla hazırlanmış əsər; qəzetlərdə fotoların bir blokda montajı. □ Fotoşəkillərin kollajı.

Azərbaycan dilinin izahlı lüğəti

kollec [k'alleç] isim ing. college

Orta təhsildən ali təhsilə keçid mərhələsini təşkil edən təhsil müəssisəsi. □ Bir sıra ölkələrdə kollec ali təhsil ocağı kimi universitetlərin tərkibinə daxildir.

Azərbaycan dilinin izahlı lüğəti

kolleksiya [k'allek'siya] isim lat. collectio – yığmaq

Müəyyən məqsədlərlə (elmi və ya hobbi) eynitipli əşyaların müəyyən sistem üzrə davamlı yığımı; həmin əşyaların toplusu. □ Qədim əşyaların kolleksiyası.

Azərbaycan dilinin izahlı lüğəti

kolliziya [k'alliziya] isim lat. collisio – toqquşma, münaqişə

Bir-birinə əks baxışların, cəhdlərin, meyil və maraqların toqquşması, həmçinin bu cür konfliktlərin bədii əsərlərdə əksi. □ Kolliziya yaratmaq.

Azərbaycan dilinin izahlı lüğəti