1. Kəlam; iki və ya bir neçə kəlmədən ibarət tərkib. □ Gözlüyümü gözümə taxıb bir yerindən bu ibarəni çətinliklə oxuya bildim. (C.Məmmədquluzadə).
2. Qəliz, təmtəraqlı, əksərən mənasız, boş söz, ifadə. □ İbarələr dolu kimi yağar onun ağzından; Otuz dəfə məhəbbətə düçar olmuş azından.. (S.Vurğun).
Həmçinin bax:
1. Mütəşəkkil, düzəlmiş, tərtib olunmuş. □ Beş adamdan ibarət heyət.
2. İbarətdir şəklində – eyniyyət bildirir. □ "Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar. (C.Məmmədquluzadə).
3. Mütəşəkkildir. □ “Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. (Ə.Haqverdiyev).
Klassik ədəbiyyatda qəliz, təmtəraqlı, əksərən mənasız, boş söz, ifadə mənalarında işlənmişdir. □ Şeyxə verdi xəbər qiraət ilə; Mədd ilə, çox uzun ibarət ilə. (S.Ə.Şirvani).
Azərbaycan dilinin izahlı lüğəti