1. İki tərəfi olan. □ İkitərəfli qapı.
2. İki istiqamətdə gedən, iki tərəfdən baş verən; hər iki tərəfə işləyən, hərəkət edən, fəaliyyət göstərən. □ İkitərəfli yol.
3. Hər iki tərəfin razılığı ilə olan, hər iki tərəf üçün məcburi olan; qarşılıqlı. □ İkitərəfli müqavilə.
4. İki tərəfə, iki yana. □ ..başını ikitərəfli daradı, belini düymələdi. (Qantəmir).
5. İki başı (ucu, qurtaracağı) olan.
6. Hər iki tərəf üçün, həm o tərəfə, həm bu tərəfə.
1. Üzü ilə astarının rəngi, naxışı və s. bir cür olan, hər iki üzü, hər iki tərəfi bir cür olan. □ İkiüzlü parça.
2. Elektrotexnika. İkiyanlı, ikisəthli. □ İkiüzlü cisim.
1. Üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən; riyakar, qeyri-səmimi. □ İkiüzlü adam.
2. İsim kimi: üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən adam. □ İkiüzlünün biridir.
Azərbaycan dilinin izahlı lüğəti