İncəsənət. Dekorativ-tətbiqi sənət sahəsi; mərmər, keramika, qiymətli metal, fil sümüyü, ağac, sədəf və s. parçaları əşyanın hamar səthinə yerləşdirməklə naxış və təsvirlər yaratma. □ İnkrustasiya ilə məşğul olmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Tarix. Orta əsrlərdə katolik kilsəsinin yaratdığı vəhşi və amansız cəza sistemi; həmin sistemi tətbiq edən məhkəmə, təşkilat. □ İnkvizisiya məhkəməsi.
2. Məcazi mənada: işgəncə, əzab, zülm. □ İnkvizisiyaya məruz qalmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Elmdə, iqtisadiyyatda və s.-də yenilik; texnoloji baxımdan təzə olan bir şey. □ İnnovasiya mərkəzi. İnnovasiyadan bəhrələnmək.
2. Təhsil və təlimdə yeni üsulların tətbiqi. □ Təhsildə innovasiya.
Azərbaycan dilinin izahlı lüğəti1. Müxtəlif sistemlərin və ya sistemin hissə və elementlərinin bir-birinə qovuşması, uyğunlaşması. □ İnteqrasiya prosesi. İqtisadi inteqrasiya.
2. Pedaqogika. Təlimin müxtəlif məzmun komponentləri (fənlər, mövzular) arasında struktur əlaqələri qurmağı tələb edən didaktik prinsip. □ Təhsildə inteqrasiya.
Azərbaycan dilinin izahlı lüğəti1. Fizika. İşıq, səs, elektrik və istilik hadisələrində fiziki-bioloji dəyişiklik. □ İşıq interferensiyası.
2. Biologiya. Homoloji xromosomların bir sahəsində çarpazlanmanın (krossinqoverin) ona yaxın sahədə baş verəcək yeni çarpazlanmaya təsiri.
3. Tibb. Qarışıq infeksiyalarda bir virusun təsirinin digərinin təsirinə üstün gəlməsi.
4. Dilçilik. Hər hansı xarici təsirlə yaranan dil (tələffüz) hadisəsi. □ İnterferensiya hadisəsi.
Azərbaycan dilinin izahlı lüğəti