1. Dərk etmə, bilmə; dərk etmə qabiliyyəti. □ İdrak ilə vurduğum çəkicimin səsindən; Çatlayır divarları qaranlıq zindanların. (Ə.Cavad).
2. Dərrakə, fəhm, şüur, anlaq. □ Həkimül-mülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi. (M.İbrahimov).
3. Fəlsəfə. Obyektiv aləmin qanunauyğunluqlarının şüurda dərk edilməsi. □ İdrak nəzəriyyəsi.