1. İdarə edən, başçılıq edən, rəhbərlik edən. □ İdarəedici partiya.
2. İsim kimi: idarə edən, başçılıq edən, rəhbərlik edən, rəhbər.
3. Elektrotexnika. İşlədən, hərəkətə gətirən, bir mexanizm və s.-nin hərəkətini, işini nizama salan. □ İdarəedici mexanizm.
1. Çirkin, kifir, eybəcər. □ Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi. (M.Ə.Sabir).
2. İsim kimi: klassik ədəbiyyatda bəxtsizlik, talesizlik, uğursuzluq, düşkünlük, tale dönüklüyü mənalarında işlənmişdir. □ Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! (M.P.Vaqif).
1. Tələb. □ Üz göstərsən, qohumluq iddiası eylər. (Atalar sözü).
2. Haqlı-haqsız bir fikrin üstündə inad etmək, bir şeyi başqalarına da qəbul etdirməyə çalışmaq. □ Xəşil bişirmək bilmir, aşpazlıq iddiası edir. (Atalar sözü).
3. Özünə isnad etdiyi bir keyfiyyətin, sifətin başqaları tərəfindən də qəbul və təsdiqinə çalışma, özü haqqında böyük fikirdə olma. □ İddiası böyükdür.
4. Lovğalıq, təşəxxüs, təkəbbür, özünü yüksək tutma. □ Rəmmaldır, peyğəmbərlik iddiası eləyir. (Atalar sözü).
Həmçinin bax: