1. Maye bir şeyi udmaq. □ Şadlıqda su içmək, düyündə bal yeməkdən yaxşıdır. (Atalar sözü).
2. Məcazi mənada: maye bir şeyi udmaq. □ Yar ki yara həsrət ilə qovuşdu; Dodaq busə içər, dil ləzzət çəkər. (Aşıq Ələsgər).
3. Eyni mənada spirtli içkilər haqqında: sərxoşluq etmək, əyyaşlıq etmək. □ Cümşüd bəyi xarab etdi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. (E.Sultanov).
4. Sulanmaq, su verilmək. □ Ağaclar su içdi.
Həmçinin bax:
1. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat. □ Dövlət idarələri.
2. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat və ya orqanın yerləşdiyi bina. □ İdarə saat 9-da açılır.
3. Rəhbərlik etmə, rəhbərlik, başçılıq. □ Özünü cilovlaya bilməyən, özgəni də idarə edə bilməz. (Atalar sözü).
4. Dilçilik. Tabeedici sözün tələbinə görə tabe sözün müəyyən hallara düşüb dəyişməsi. □ İdarə əlaqəsi.
Həmçinin bax: