1. Bir qərarı, hökmü, əmri, göstərişi icra edən, əməli surətdə yerinə yetirən, həyata keçirən adam. □ Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. (M.S.Ordubadi).
2. Sifət kimi: bir qərarı, hökmü, əmri, göstərişi icra edən, əməli surətdə yerinə yetirən, həyata keçirən. □ İcraçı mühəndis.
3. Bədii (musiqi, ədəbi və s.) əsərin ifaçısı. □ Ümumittifaq özfəaliyyət icraçıları.
1. Klassik ədəbiyyatda cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çabalama mənalarında işlənmişdir. □ ..Etdikləri ictihadə nisbət; Millətdən alır bu gün də qiymət. (M.Ə.Sabir).
2. İlahiyyat. Müctəhidin əhkam və hadisələrdən məna, hökm çıxarması və çıxardığı məna. □ ..Məsələn, onun əqidəsi ilə guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır.. (M.F.Axundzadə).
1. İnsan cəmiyyətinə aid olan; cəmiyyətdə insanların həyat və münasibəti ilə bağlı olan, cəmiyyətdə cərəyan edən, cəmiyyətdə törəyən, cəmiyyətin həyatına aid olan. □ İctimai quruluş. İctimai həyat.
2. Cəmiyyətin siniflərə, qruplara bölünməsi ilə əlaqədar olan. □ Əhalinin ictimai tərkibi. İctimai qruplar.
3. Kollektivin siyasi, mədəni, həmkarlıq və s. ehtiyaclarına könüllü xidmətlə bağlı olan. □ İctimai iş. İctimai vəzifə.
4. Hamıya, bütün cəmiyyətə məxsus olan; kollektiv, ümumi, ellik. □ İctimai gəlir. İctimai mülkiyyət.
Həmçinin bax: