Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

haqq1 [hak'k'] sifət ərəb

1. Doğru, düz, düzgün, həqiqi. □ Haqq söz acı olar. (Atalar sözü). Haqq iş gündən aydındır. (Atalar sözü).
2. İsim kimi: ədalət, doğruluq, düzgünlük, düzlük, insaf. □ Haqq deyənin dilini kəsirlər. (Atalar sözü). Haqq nahaqqla uyuşmaz. (Atalar sözü).

haqq2 [hak'k'] isim ərəb

Hüquq, ixtiyar; əsas. □ Kim güclüdür – haqq onundur.

haqq3 [hak'k'] isim ərəb

1. Gördüyü işin müqabilində birinə verilməli olan pul, muzd və s. □ Bir müddət işlədikdən sonra bəy .. haqqını kəsir. (“Qaçaq Nəbi”). Qonşunun haqqı axirət haqqıdır. (Atalar sözü).
2. Üzvü olduğu bir təşkilata və ya bir şeydən istifadə üçün verilməli olan pul, məbləğ. □ Üzvlük haqqı. Kirayə haqqı.

haqq4 [hak'k'] qoşma ərəb

Barədə (barəsində), xüsusda (xüsusunda) və i.a. □ Ailəsi haqqında fikirləşmək.

haqq5 [hak'k'] isim ərəb

Bəraət. □ Sarışının hərəkətlərinə haqq qazandırdı. (S.Qədirzadə).

haqq6 [hak'k'] isim ərəb

1. Allah, Tanrı. □ ..Nə deyim, haqqın kərəminə şükür. (Ə.Haqverdiyev). Dağları en piyada; Yolu kəsmə piyada; Gedirəm, haqqa çatam; O atlı, mən piyada. (Bayatı).
2. Haqqı şəklində – and olsun, and içirəm. □ ..Ay kişi, atanın goru haqqı heç zadım yoxdur. (Y.V.Çəmənzəminli).

Həmçinin bax:

jurnalistika: abunə haqqı jurnalistika: lisenziya haqqı jurnalistika: yayım haqqı frazeologizm: boynunda haqqı olmaq frazeologizm: haqq dilində danışmaq frazeologizm: haqq evinə tapşırmaq frazeologizm: haqq qazandırmaq frazeologizm: haqq oldu frazeologizm: haqq səsini ucaltmaq frazeologizm: haqq vermək frazeologizm: haqq yoluna qayıtmaq frazeologizm: haqq yoluna qaytarmaq frazeologizm: haqqı çatmaq frazeologizm: haqqı tapdanmaq frazeologizm: haqqın yolunu tapmaq frazeologizm: haqqını halal etmək frazeologizm: haqqını yemək frazeologizm: xəmiri haqdan yoğrulmaq Azərbaycan dilinin izahlı lüğəti