1. Müdrik söz, dərin fikir, dərin məna, müdriklik, dərinlik; ibrətamiz, nəsihətli söz, kəlam. □ Hikmətdən sual olmur. (Atalar sözü).
2. Məcazi mənada: anlaşılmaz şey, gizli səbəb, sirr, müəmma. □ ..alimlər oraya dolmuşlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər. (C.Məmmədquluzadə).
3. Keçmişdə fəlsəfəyə, təbiət elmlərinə, xüsusən fizikaya verilən ad. □ Mən tarixi-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. (Ü.Hacıbəyli).
1. Təzə çıxmış bir-iki günlük ay; aypara. □ Hər gecə fəğanım yetişir göydə hilalə. (S.Ə.Şirvani).
2. Məcazi mənada: klassik və xalq ədəbiyyatında gözəlin qaşına işarə. □ Qaşların hilal; Ağ üzündə xal; Körpə bir maral; Ay qadası. (Xalq mahnısı).
1. Birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma; himayəçilik. □ Nənə himayəsində böyümək.
2. Məcazi mənada: birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma; himayəçilik. □ Qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. (Ə.Məmmədxanlı).
3. Məcazi mənada: qayğı, kömək, diqqət, arxa. □ Yoldaşın himayəsi.
Həmçinin bax: