1. Bir şeylə məşğul olma, bir iş görmə arzusu: meyil, istək. □ Uşağın mütaliəyə böyük həvəsi var.
2. Keçici, müvəqqəti, keçib-gedən arzu, meyil. □ O da bir həvəs idi, gəldi, keçdi.
3. Nəşə, zövq. □ Tərlan xanım böyük yaradıcılıq həvəsi içərisində idi. (S.Rəhimov).
Həmçinin bax:
1. Bir şeyə, bir işə həvəsi, meyli olan, bir şeyi sevən, ona çox maraq və meyil göstərən. □ Həvəskar futbolçu.
2. İsim kimi: bir şeyə, bir işə həvəsi, meyli olan, bir şeyi sevən, ona çox maraq və meyil göstərən adam. □ Teatr həvəskarı. Futbol həvəskarları.
3. Xoşuna gəldiyi bir işlə peşəkar kimi deyil, bir maraqlı kimi məşğul olan (adam). □ Həvəskar bəstəkar.
4. Kifayət qədər hazırlığı olmadan bir işlə məşğul olan (adam).
1. Bir şeyə, bir işə həvəsi, meyli olma; həvəs, meyil, maraq göstərmə.
2. Məcazi mənada: xüsusi hazırlığı, biliyi olmadan hər hansı bir sənətlə, elmlə məşğul olma, ona böyük maraq göstərmə.
3. Məcazi mənada: bir şeyə səthi münasibət, lazımi xüsusi bilik olmaması.
1. Həvəsi olmayan, bir işi könülsüz, istəməyə-istəməyə və ya zorla görən; ürəksiz, könülsüz, meyilsiz. □ Həvəssiz işçi.
2. Zərf kimi: həvəsi olmayan, bir işi könülsüz, istəməyə-istəməyə və ya zorla görən; ürəksiz, könülsüz, meyilsiz. □ Həvəssiz cavab vermək.