1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. □ Vətən həsrəti. Övlad həsrəti.
2. Ələ keçməyən və ya əldən çıxmış bir şeyə təəssüflənərək çox acıma, mənəvi iztirab keçirmə. □ Mayanın kədəri və göz yaşlarında sanki Zeynəbin öz gəncliyinin həsrətləri dilə gəlib danışırdı. (M.İbrahimov).
3. Yaxın adamından, sevgilisindən ayrılma; ayrılıq, fəraq, hicran. □ Narınca bax, narınca; Yar gedibdi, gözüm qalıb dalınca; Ölüm xoşdur, yara həsrət qalınca. (Xalq mahnısı).
Həmçinin bax:
1. Çox tez hiss edən, çox tez təsirlənən, duyan, başa düşən, dərk edən, mütəəssir olan, qavrayan; riqqətli. □ Həssas adam.
2. Məcazi mənada: qəlbinazik, ürəyiyumşaq, şəfqətli, riqqətli, canıyanan. □ Möhsünzadə bir qədər həssas adam idi.
3. Qıcıqlanmağı hiss edən, duyan. □ Həssas hüceyrələr. Həssas əsəb toxumaları.
4. Ən cüzi xarici təsiri əks etdirə bilən. □ Həssas cihaz. Həssas tərəzi.
1. Döyülmək üçün dərzdən açılıb xırmana tökülən taxıl. □ ..Vələ qoşulmuş öküzlər, atlar həşəmin üstündə günortaya qədər hərlənir.. (B.Bayramov).
2. Quru ot, ələf. □ Qızıl gülü dərərlər; Həşəm üstə sərərlər; Rəngimi yar saraldıb; Qızdırmadan görərlər. (Bayatı).
1. Dini etiqadlar görə axırzamanda aləm dağıldıqdan sonra bütün ölülərin dirilib qalxması; məhşər günü.
2. Məcazi mənada: gurultu, patıltı, səs-küy, mərəkə. □ .. Bu həşir kimin evindədir? – deyə soruşurdular. (T.Ş.Simurq)
3. Zərf kimi: həşrədək şəklində – qiyamətəcən, heç vaxt. □ .. elə toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar. (S.S.Axundov)
4. Həşrində şəklində – hayında, qayğısında, fikrində, qeydində. □ Şamo hərlənirdi, hər kəs öz başının həşrində idi. (S.Rəhimov)
Həmçinin bax: