1. Arxaizm. Arvad, zövcə. □ ..Zor ilə mənim hərəmimi aldılar, apardılar. (C.Cabbarlı).
2. Arxaizm. Hərəmxana qadınlarından hər biri. □ ..Şah Abbas öz sarayında gözəl-göyçək hərəmləri ilə eyş-işrətlə məşğuldur. (Ü.Hacıbəyov).
3. Arxaizm. Sarayda hərəmlərin yaşadığı otaqlar, bina.
4. Arxaizm. Müsəlman evlərində qadınlara məxsus hissə, otaqlar.
1. Hər hansı bir dilin əlifbasında adətən müəyyən səsə uyğun gələn yazı işarəsi; əlifbanı təşkil edən işarələrdən hər biri. □ “B” hərfi. Kiçik hərf.
2. Məcazi mənada: bir şeyin mənasının, məzmununun əksinə olaraq onun xarici, formal cəhəti. □ Tərcümədə mətnin hərfini deyil, ruhunu verməyə çalışmaq lazımdır.
3. Söz, kəlam, kəlmə. □ Xoşuna getməyir şair könlümün; Onun hər yalançı hərfi, ey qadın! (S.Rüstəm).
Həmçinin bax: