1. Toplu halında olan adamlardan hər biri; hər kəs. □ Hərə bir tük versə, kosa saqqallı olar. (Atalar sözü).
2. Hərəsi şəklində – ayrı-ayrılıqda, hər biri. □ Əl beş barmaqdır, hərəsi bir boyda. (Atalar sözü).
Həmçinin bax:
1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. □ Ritmik hərəkət. Dairəvi hərəkət.
2. Fəlsəfə. Materiyanın varlıq forması, onun ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz dəyişmə və inkişaf prosesi. □ Milyon il, milyard il bir yol, bir cığır; Nə geriyə dönür; nə sona çıxır; Hərəkət əbədi; Sürət əbədi. (M.Araz).
3. Yola düşmə, hər hansı bir istiqamətə getmə; yürüş. □ Paroxodun hərəkətinə yarım saat qalmış .. evdən alıb iskələyə gətirdim. (S.Hüseyn).
4. Hər hansı nəqliyyat növünün işi. □ Qatarların hərəkət cədvəli.
5. Müxtəlif istiqamətlərdə (küçələrdə, yollarda və s.-də) piyada və ya miniklə gedib-gəlmə; gediş-gəliş. □ Küçədə hərəkət azalır.
6. İş, əməl, davranış. □ Səndən hərəkət, məndən bərəkət. (Atalar sözü).
7. Hərb. Əməliyyat. □ Hərəkət planı.
8. Məcazi mənada: kəmiyyət və ya keyfiyyətcə dəyişiklik; irəliləmə, irəliləyiş, inkişaf, canlanma. □ İşdə irəliyə doğru böyük hərəkət var.
Həmçinin bax:
1. Hərəkət edən, dayanmaz, qərarsız, mütəhərrik. □ Maşının hərəkətli hissələri.
2. Məcazi mənada: çox hərəkət edən, qərar tapmayan; diri, diribaş, qıvraq. □ ..Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü!.. (Ə.Haqverdiyev).
1. Hərəkət etməyən, tərpənməz halda olan, qımıldanmayan. □ ..Hərəkətsiz o təbiət məzarlığı andırır. (S.Vurğun).
2. Zərf kimi: hərəkət etməyən, tərpənməz halda olan, qımıldanmayan. □ Xəstə hərəkətsiz uzanmışdı.
3. Məcazi mənada: ağır, ağırtərpənən, ləng. □ Benzin olmazsa bizim divlərimiz; Qalacaqdır hərəkətsiz, səssiz. (M.Müşfiq).