Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. □ ..məclisdə iki aşıq qarşı-qarşıya eyni rədif, eyni qafiyə və eyni şəkildə bədahətən şeir söyləyib, bir-birinə Hərbə-zorba gəlirdilər.
Həmçinin bax:
1. Hərbə, müharibəyə aid olan, müharibə ilə əlaqədar olan; müharibə ehtiyacları üçün olan. □ Hərbi vəziyyət. Hərbi zavod. Hərbi sənaye.
2. Orduya aid olan, orduda xidmətlə əlaqədar olan; əsgəri. □ Hərbi xidmət. Hərbi həkim. Hərbi məktəb.
3. Orduda xidmət edən adamla əlaqədar olan, hərbi xidmətçiyə aid; əsgəri. □ Hərbi and. Hərbi forma (geyim).
4. Orduda xidmət edən; hərbçi, hərbiyyəli. □ Hərbi adam.
Həmçinin bax:
1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. □ Hərcayi adam.
2. Zərf kimi: boş-boş, avara-avara, veyil-veyil. □ Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran edəsiz siz. (M.Ə.Sabir).
3. İsim kimi: avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan adam. □ Hərcayidən, müxənnəsdən, nadandan; Nə söz qaldı sənətkara dəyməmiş? (Aşıq Ələsgər).
4. Mənasız, boş. □ Hərcayi iş.