1. İstilik. □ Sobanın hərarəti. Havanın hərarəti.
2. İnsan bədəninin istilik dərəcəsi (səhhətin göstəricisi kimi); qızdırma. □ Xəstənin hərarətini ölçmək.
3. Məcazi mənada: mehribanlıq, səmimiyyət; səmimi, xoş hisslər, xoş münasibət. □ Dedim, iki anam vardır, qoy var olsun bu həqiqət; Onlarındır şerimdəki bu məhəbbət, bu hərarət. (S.Rüstəm).