1. Eyni məhəllədə doğulmuş, yaşamış və ya yaşayan. □ Həmməhəllə uşaqlar. 2. İsim kimi: eyni məhəllədə doğulmuş, yaşamış və ya yaşayan adamlar.
Eynimənalı, birmənalı, mənası başqa sözün mənası ilə eyni olan. □ Həmməna söz.
Məsləkdaş, eyni məsləkdən olan, məsləkləri, əqidələri eyni olan. □ Həmməslək adamlar.
Arxaizm. Eyni bir məzhəbə mənsub olan, inanan; dindaş. □ ..Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həmi mənim sözüm pozulmadı. (M.F.Axundzadə).
Pıçıltı, pıç-pıç. □ Həmhəmə başlayır div ilə pəri; Qorxudan qan olur xalqın ciyəri. (M.Şəhriyar).
Bir yerdə oturub-duran, dost, yoldaş, munis. □ Həmnişinin bab elə; Görən desin, ha belə! (Atalar sözü).
Eyni peşə sahibi olan, peşələri eyni olan. □ Danışdı teatrdan; aktyor sənətindən; həmpeşələrinin xidmətindən; bir az gileyləndi. (R.Rza).
Biri ilə həmişə bir yerdə içki içən, sərxoşluq edən adam. □ Mənimlə daim o kəslər ki, həmpiyalə idi; Nə cam lütf edir indi, nə cam alır məndən. (Ə.Vahid).
Yol yoldaşı, yoldaş. □ ..Aydın gözünüz, cümlə səadət bizə həmrah. (H.Cavid).
Klassik ədəbiyyatda yoldaşlıq, yol yoldaşlığı mənalarında işlənmişdir. □ Ey bəxt, vəfasız olma sən həm! Həmrahlıq et, bizimlə bir dəm! (M.Füzuli).
Klassik ədəbiyyatda sirr yoldaşı, sirdaş mənalarında işlənmişdir. □ Badi-səba, əgər düşsə güzarın; Söylə xəlvət o həmraza bir xəbər. (M.P.Vaqif).
1. Eyni rəngdə olan, eynirəngli. 2. İsim kimi: eyni rəngdə olan, eynirəngli. □ Atı at yanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar. (Atalar sözü). 3. Məcazi mənada: uyğun, uyar, müvafiq, münasib, düz.
1. Bir fikirdə, bir rəydə olan; həmfikir, yekdil. □ Həmrəy insanlar. 2. İsim kimi: bir fikirdə, bir rəydə olan; həmfikir, yekdil adamlar. □ Hansınız mənimlə həmrəydir, buyursun, gözüm üstə yeri var. (S.S.Axundov).
Həmfikirlik, yekdillik; hər hansı bir ictimai hərəkətə və ya fikrə fəal surətdə hüsn-rəğbət göstərmə; fikir, mənafe birliyi. □ Görüşlərdə həmrəylik. Əməkçilərin beynəlxalq həmrəyliyi.
Arxaizm. Qonşu. □ Anlar nə ata, nə ana, həmsayə bizim qız; Xan dostu! Düşübdür yeni sevdayə bizim qız. (Ə.Nəzmi).