1. Üstəlik, dəxi, ..da (də). □ Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqarəsində həm olublar. (N.Vəzirov).
2. Təkrar edilərək işləndikdə həmcins cümlə üzvlərini bir-birinə bağlayır. □ Həyat həm gülmək, həm ağlamaqdır. (M.Müşfiq).
3. Eyni vəzifədə təkrar edildikdə sonuncu “həm” bağlayıcısı “həm də” şəklində işlədilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir. □ Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. (Ə.Vəliyev).
Qeyd: Həm.. mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir. Məsələn: həmsöhbət, həmrəy, həmsərhəd, həmyerli, həmvətən və s.
Həmçinin bax:
1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. □ Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. (“Koroğlu”).
2. Boyundan asılan, üzəri piləklə bəzədilmiş qadın bəzəyi. □ Gəlinlər həmaili.
3. Çələng. □ Pərşan ağlı-sarılı müxtəlif çöl güllərindən həmail qayıraraq arasına qırmızı lalələrdən naxış vurub boynundan asmışdı. (M.İbrahimov).
4. İnanca görə, gözdəymədən, xəstələnməkdən və s. qorunmaq üçün boyundan asılan dua, tilsim, pitik. □ Arxeoloji qazıntılar zamanı çoxlu həmail aşkar edilir.
1. Bir cinsdən olan, cinsi bir olan; eynicinsli. □ Həmcins heyvanlar.
2. Bir cinsə, bir qövmə mənsub olan, eyni cinsdən, eyni qövmdən olan, öz cinsindən olan (məcazi mənada adətən insan, adam nəzərdə tutulur). □ Həmcinslərim təmam getmiş; Söz mülkündən nizam getmiş. (M.Füzuli).