Həcminə, böyüklüyünə, tutumuna görə, içinə ala biləcəyi şeyin miqdarına görə. □ Həcmcə kiçik çəllək.
Həcm cəhətdən, həcm baxımından, həcmlə bağlı. □ Həcmi təhlil.
Həcmcə iri olan; böyük, tutumlu. □ İri həcmli sistern.
Ədəbiyyatşünaslıq. Bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli yazı. □ Mirzə Ələkbər Sabirin həcvləri.
1. Həcv yazan adam, həcvgu. 2. Sifət kimi: həcv yazan, həcvgu. □ XIX əsr ədəbiyyatımızın ən qüvvətli həcvçi şairi Qasım bəy Zakirdir.
Həcv yazma.
1. Arxaizm. Həcv yazan adam, həcvçi. 2. Arxaizm. Sifət kimi: həcv yazan, həcvçi. □ Həcvgu şair.
1. Arxaizm. Həcv məzmunlu əsərlər. 2. Arxaizm. Boş, bayağı, mənasız əsərlər.
Ədəbiyyatşünaslıq. Qısa satirik şeir; epiqram.
Bax: həcvçi.
1. Arxaizm. Tutub saxlama, tutma. 2. Arxaizm. Müsadirə.
1. Sərhəd, hüdud. 2. Məcazi mənada: hədd-hüdud, son, nəhayət. □ Uşağın sevincinin həddi yox idi. 3. Riyaziyyat. Dörd əməldə (toplama, çıxma, vurma, bölmə) işlədilən rəqəmlərin hər biri.
Həmçinin bax:
Say, miqdar. □ Qızıl Arslandan xəlifəyə məktub aparan heyəti İraqın hədd-hesaba gəlməyən atlıları istiqbal edirdi. (M.S.Ordubadi).
Hədd, son, axır, intəha. □ Dəmirin bu dəqiqə sevincinin həddi-hüdudu yox idi. (Ə.Vəliyev).
İnsanın cismən və ruhən yetkinləşdiyi və vətəndaşlıq hüququ aldığı yaş.