1. Hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib. □ Redaksiya heyəti.
2. Xidmətinə, ixtisasına və s. görə bir qrup təşkil edən adamlar. □ Müəllim heyəti. Komanda heyəti.
3. Klassik ədəbiyyatda görkəm, görünüş, şəkil, surət, qiyafət mənalarında işlənmişdir. □ ..Ana, mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq heyətindən çıxartdın? (M.S.Ordubadi).
Həmçinin bax:
Bax: təəssüf.
Həmçinin bax:
1. Təəssüf etmək, kədərlənmək. □ Amma mən ona heyifsilənirəm ki, bu sözlər ərəbcə yazılıb və camaat qanmayacaq. (C.Məmmədquluzadə).
2. Heyfi gəlmək, əsirgəmək (əsasən inkarda işlədilir). □ ..Canavar ovuna gedən gülləyə heyifsilənməməlidir. (Ə.Vəliyev).
1. İncəsənət. Heykəltaraş tərəfindən daşdan, tuncdan və s.-dən hazırlanmış insan və ya heyvan surəti. □ Füzulinin heykəli.
2. Cindən, həmzaddan və bədnəzərdən qorumaq üçün uşaqların boynuna asılan dualı, muncuqlu asqı. □ Sağdan sola, soldan sağa sal boynuna heykəl; Qoy cinni məəttəl.. (M.Ə.Sabir).
3. Məcazi mənada: hər hansı bir keyfiyyəti, xüsusiyyəti təcəssüm etdirən adam, şey haqqında.
1. İncəsənət. Təsviri sənətin qazıma, yonma, kəsmə, yapma və ya tökmə üsulu ilə həcmli təsvirlər (heykəl, büst, barelyef və s.) yaradan növü. □ Klassika dövrü yunan heykəltaraşlığı dünya incəsənətinin ən maraqlı hadisələrindən biridir.
2. İncəsənət. Daşdan, tuncdan və b. materiallardan düzəldilmiş sənət əsəri. □ Müsabiqəyə.. heykəltaraşlıq əsərləri də təqdim edilmişdir.
3. İncəsənət. Belə əsərlərin toplusu. □ Azərbaycan heykəltaraşlığı.