Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hipnoz [hipnoz] isim yun. hypnos – yuxu

1. Söz, baxış və s. vasitələrlə insanı idarə olunan vəziyyətə salmaq; kənar təsirlə baş-beyin tormozlanması nəticəsində yaranan yarıyuxulu hal. □ Hipnoz vəziyyəti.

2. Məcazi mənada: heyrət etmək; məftunluq, vurğunluq. □ Hipnoz olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

hippilər [hipbilər] isim ing. hippie – meyil göstərən

1. Müasir cəmiyyətdə qəbul edilmiş bir çox dəyər və normaları rədd edən gənclər qrupu. □ Hippilərin nümayişi.

2. Məcazi mənada: bilərəkdən səliqəsiz geyinmiş, ekstravaqant davranışa malik insanlar. □ Hippilərə oxşamaq.

Azərbaycan dilinin izahlı lüğəti

hit-parad [hit-parat] isim ing. hit parade

Tamaşaçı, oxucu və dinləyici auditoriyasının rəyi əsasında ən yaxşı musiqi əsərlərinin sıra ilə müəyyənləşdirilməsi. □ Ulduzların hit-paradı.

Azərbaycan dilinin izahlı lüğəti

hobbi [hobbi] isim ing. hobby

Sevimli məşğuliyyət. □ Onun hobbisi mütaliədir.

Azərbaycan dilinin izahlı lüğəti

holdinq [holdink'] isim ing. holding – şirkət

Şirkətlər qrupu; başqa şirkət və firmaların, həmçinin iri kompaniyaların səhmlərinin nəzarət paketinə sahib olan qurum. □ Holdinq rəhbəri.

Həmçinin bax:

jurnalistika: media-holdinq Azərbaycan dilinin izahlı lüğəti

holoqrafiya [halaqrafiya] isim yun. holos – çəki, tam + ...qrafiya

Təsvir yaratmağın fotoqrafik üsulu; işıq dalğalarının qarşılıqlı təsiri (üst-üstə düşməsi) nəticəsində obyektin həcmli təsvirinin alınması. □ Holoqrafiya metodu 1947-ci ildə macar fiziki Dennis Qabor tərəfindən icad olunmuşdur.

Həmçinin bax:

jurnalistika: holoqrafik televiziya Azərbaycan dilinin izahlı lüğəti

holoqram [halaqram] isim yun. holos – tam, dolu + ...qram

İşığa həssas lövhədə yazılmış interferensiya mənzərəsi. □ Şirkətlər saxta mallardan fərqləndirmək üçün öz orijinal məhsullarının üzərinə holoqram vurur.

Azərbaycan dilinin izahlı lüğəti

hormon [harmon] isim yun. hormao – oyandırıram, hərəkətə gətirirəm

Qana daxil olan və maddələr mübadiləsində, orqanizmin funksiyalarının tənzimlənməsində iştirak edən aktiv bioloji maddə. □ Hormon preparatları.

Azərbaycan dilinin izahlı lüğəti

host [host] isim ing. host – qonaq qəbul edən

İnformatika. Kompüter, internet şəbəkəsində öz resurslarına girməyə imkan verən, digər kompüterlərdəki məlumatın saxlanılmasını və ötürülməsini idarə edən server. □ Hostun növləri.

Həmçinin bax:

jurnalistika: unikal host Azərbaycan dilinin izahlı lüğəti

hot-doq [hot-dok'] isim ing. hot dog < hot – isti + dog – it

İsti qəlyanaltı; arasında qızardılmış sosis olan kökə. □ Dadlı hot-doq.

Azərbaycan dilinin izahlı lüğəti

humanizm [humanizm] isim lat. humanus – insan

İnsansevərlik, insanpərvərlik, insan ləyaqətinə hörmət, insana dəyər vermək. □ Humanizm prinsipi.

Azərbaycan dilinin izahlı lüğəti

hüquq [hüquk'] isim ər. “həqq” sözünün cəmi

1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri tənzimləyən normaların, qaydaların məcmusu. □ Hüquqi aktlar.

2. Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. □ Cinayət hüququndan mühazirə.

3. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar; haqq, əsas. □ Seçki hüququ.

4. Arxaizm. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq. □ ..Həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. (C.Məmmədquluzadə).

Həmçinin bax:

jurnalistika: bilmək hüququ jurnalistika: cavab hüququ jurnalistika: əqli mülkiyyət hüquqları jurnalistika: əlaqəli hüquqlar jurnalistika: informasiya əldə etmək hüququ jurnalistika: intellektual mülkiyyət hüququ jurnalistika: jurnalistin hüquqları jurnalistika: məlumat almaq hüququ jurnalistika: müəlliflik hüququ jurnalistika: müəlliflik hüququnun obyekti jurnalistika: telefon hüququ jurnalistika: təkzib hüququ frazeologizm: hüquq qazanmaq frazeologizm: hüququnu tapdalamaq Azərbaycan dilinin izahlı lüğəti

hümmət [hümmət] isim ərəb

1. Cəhd, səy, qeyrət, əl-ələ verib çalışma, təşəbbüs. □ Hümmət göstərmək.

2. Kömək etmək, yardıma qoşmaq, əlindən tutmaq. □ Hümmət etmək.

Azərbaycan dilinin izahlı lüğəti

hürriyyət [hürriyət] isim ər. – azadlıq

İstiqlal, azadlıq, müstəqillik. □ Hürriyyətə qovuşmaq.

Azərbaycan dilinin izahlı lüğəti

hüzn [hüzn] isim ər. – qəm

Qüssə, kədər, dərd-qəm. □ Hüznlü səs.

Azərbaycan dilinin izahlı lüğəti