Səs-küy, qışqırtı, bağırtı, hay-haray, gurultu, qalmaqal, dava, mərəkə. □ Yaylanın başından hay-küy səsi gəlirdi. (Mir Cəlal).
Həmçinin bax:
Heç bir ciddi səbəb olmadan hay-küy salan, çaxnaşma salan, vahiməyə düşən; küy-kələkçi, küyçü.
Hay-küy salaraq, qışqıraraq, bağıraraq.
Hay-küy, səs-səmir olan.
Hay-küy salmadan, sakitcəsinə, sakit, səsə salmadan.
Qışqırıq, bağırıq, hay-küy, səs-küy. □ Qadın və kişilərin əl-ələ tutuşub yallı getmələri və hayqırıqları hələ də dağlardan çəkilməmişdi. (S.Rəhimov).
Bax: hayqırışmaq.
Səs-səsə verib qışqırmaq, bağırmaq, qışqırışmaq. □ Uşaqlar hayqırışırdılar.
Bax: hayqırmaq.
Qışqırmaq, bağırmaq, hay salmaq. □ Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. (M.Müşfiq).
Çığırtı, bağırtı, qışqırıq, hay-küy. □ Bu meşəlikdə çaylar axır, çeşmələr qaynayır, vəhşi heyvanların hayqırtısı eşidilirdi. (S.Rəhimov).
Bax: haylamaq.
1. Səsləmək, çağırmaq. □ ..Hayladıq, cavab çıxmadı. (C.Cabbarlı). 2. Heyvanları səsləyib çağırmaq. □ Sarban həyəcanla dəvələri haylayır.. (M.İbrahimov).
Bax: haylaşmaq.
Biri-birini səsləmək, çağırmaq.