1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. □ Döşəmənin haşiyəsi.
2. Parçanın, divar kağızının və s. kənarlarını çevrələyən zolaq; çərçivə.
3. Kitab və s.-nin səhifələrinin kənarında ağ yer. □ Kitabın haşiyəsi.
4. Həmin ağ yerdə yazılmış yazı, qeyd.
5. Məcazi mənada: əsas məsələ ilə əlaqəsi olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı. □ Hə, hə – deyə, Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi. (M.İbrahimov).
Həmçinin bax:
1. Kənarlarına haşiyə tikmək, haşiyə ilə çevrələmək, haşiyə çəkmək. □ Paltarın ətəyini haşiyələmək.
2. Məcazi mənada: dövrələmək, çevrələmək, əhatə etmək. □ Respublika ərazisinin yarısından çoxunu təşkil edən dağlıq sahələr onu şimaldan, qərbdən, cənubdan və cənub-şərqdən haşiyələmişdir.
1. Kənarlarına haşiyə tikilmək, haşiyə çəkilmək, çərçivəyə alınmaq, çərçivəyə salınmaq. □ Burada Azərbaycan kənd təsərrüfatı qabaqcıllarının gözəl işlənib haşiyələnmiş portretlərinə də baxdıq.
2. Məcazi mənada: dövrələnmək, çevrələnmək. □ ..ay işığında qara kölgə ilə haşiyələnmiş gözlərinə baxaraq, əlimi iri, cod və gözəl əlindən çəkmədən susurdum. (İ.Əfəndiyev).
1. Coğrafiya. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. □ Şara hava doldurmaq.
2. Coğrafiya. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti (buludluluq, rütubət, yağıntı, hərarət və s.). □ Yağmurlu hava. Havanın dəyişməsi. Payız havası.
3. Yeri əhatə edən boşluq, ənginlik; fəza. □ Quşlar havada uçur. Təyyarə havaya qalxdı.
4. Bir yerin sağlamlıq baxımından vəziyyəti, keyfiyyəti. □ Dağ havası. Sağlam hava.
Musiqi. Səslərin müəyyən musiqi vəhdəti əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya. □ Oyun havası. El havaları.
Həmçinin bax:
Birinin tərəfini saxlayan, ona tərəf çıxan, onu müdafiə edən; tərəfgir, tərəfkeş, tərəfdar; eyni mənada bəzən mənfilik çaları ilə. □ Dili xoş olanın havadarı çox olar. (Atalar sözü).
Arxaizm. Yaxşı havası olan, havası tez-tez təzələnən, həmişə təmiz olan; sağlam. □ ..Qayət havadar və ziyadar məskənlər vücuda gətirilmişdir. (T.Ş.Simurq).
Həmçinin bax: