1. Belində yük daşımaqla keçinən adam. □ ..cəld nökər Cəfəri göndərib iki nəfər hambal çağırtdı.. (S.S.Axundov).
2. Məcazi mənada: döşəmənin altına və ya evin səqfinə qoyulan tir.
3. Məcazi mənada: evin səqfindəki şalbanı saxlamaq üçün onun altına qoyulan paya; dayaq. □ ..Səqfin ortalığından bir hambal verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. (C.Məmmədquluzadə).
1. Bir nəfər də kənarda qalmayaraq, bütün adamlar. □ Adamların hamısı gəlmişdi.
2. Eyni mənada əşya haqqında. □ Binaların hamısı təmir olunub.
Həmçinin bax:
1. Birini himayə edən, himayəsi altına alan, qoruyan; himayəçi, havadar, arxa. □ Rüstəm bəyin üzündə hami axtaran bir çocuq ifadəsi vardı. (Y.V.Çəmənzəminli).
2. Birisinə və ya bir təşkilata hamilik edən adam və ya təşkilat. □ Bu işdə hamilər çox kömək edə bilərlər.